Salyan rayonunda mikroavtobusun kanala aşması nəticəsində bir nəfər ölüb.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Parça Xələc kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” markalı mikroavtobus anidən edarəetmədən çıxaraq yolun kənarındakı kanala aşıb.
İlkin məlumata görə, qəza zamanı Eyyubova Dəyanə Mükafat qızı hadisə yerində dünyasını dəyişib.
Hazırda meyitin çıxarılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdıra aparılır.
Qadağanı pozanları həm inzibati, həm də cinayət məsuliyyəti gözləyir - Brakonyerlərə xəbərdarlıq
FHN Qarabağ Universitetində ekoloji risklərin idarə edilməsinə həsr olunmuş konfrans keçirib