25 sentyabr 2023 13:50
219

Mbappe zədələndi

PSJ-nin hücumçusu Kilian Mbappe zədələnib.

“İki sahil” xəbər verir ki, o, Liqa 1-in 6-cı turunda "Marsel"lə matçda sıradan çıxıb. Mbappe meydana start heyətində daxil olsa da, 32-ci dəqiqədə zədələndiyi üçün əvəzlənib. Əvəzində meydana portuqaliyalı hücumçu Qonçalo Ramos çıxıb.

Komandanın baş məşqçisi Luis Enrike oyundan sonra 24 yaşlı hücumçunun durumu barədə danışıb. O, zədənin ciddi olmadığını deyib: “Bu, çox ciddi problem deyil, amma onun oynamasını çətinləşdirən ağrı var idi. Onu əvəz etmək daha məntiqli idi. Ancaq ciddi bir şey yoxdur".

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm futbolçu bütün turnirlərdə 5 matçda iştirak edib və 8 qol vurub.