28 sentyabr 2023 10:01
150

30 il sonra meyitinin qalıqları Xocavənddə tapılan şəxsin nəşi ailəsinə təhvil verilib

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Nağıyev Cahid Şəfa oğlunun nəşi 30 il sonra Xocavənd rayonunun Edilli kəndində tapılaraq ailəsinə təhvil verilib.

Hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Bakının Nərminanov rayonundakı evinə aparılır.

Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.

O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.

Qeyd edək ki, C.Nağıyev 1993-cü il avqustun 8-də Füzuli rayonunda, “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.

"Report"