09 may 2025 00:57
91

Dahi şəxsiyyətin xatirəsi nəsillərin yaddaşında əbədi  yaşayacaq

Müstəqil Azərbaycanın yaradıcısı, dahilər dahisi Ulu Öndər Heydər Əliyev öz xalqı üçün misilsiz işlər görmüşdür. Odur ki, bu, Böyük İnsan milyonların ürəyində yaşamaqla daim ehtiramla, məhəbbətlə  xatırlanır. Adəti üzrə  Ümummilli Liderin  anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbirlər onun qurub-yaratdığı, canından artıq sevdiyi, dünyanın bütün dövlətlərinə inkişaf etmiş bir ölkə kimi tanıtdığı Azərbaycanın hər bir guşəsində möhtəşəm qeyd olunur. 

Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı sayəsində baş tutan  tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və  Vətən torpaqlarının azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev Azərbaycan xalqının ictimai-siyasi həyatında, dövlətçilik tarixində misilsiz rol oynamış Ümummilli Liderin Vətən sevgisi, xalqa bağlılığı, ana dilinə məhəbbəti, milli-mənəvi dəyərlərə, tarixi ənənələrə sadiqliyi, yenilikçiliyi və müasir kadr siyasətindən geniş danışdı, dahi şəxsiyyətin xatirəsinin nəsillərin yaddaşında əbədi  yaşayacağını  bildirdi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısının müavini Arzu Vəliməmmədova isə öz çıxışında  dedi:- Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Digər çıxışçılar- tarixçi Hüseynbala Əliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin formalaşdırılması və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində göstərdiyi misilsiz xidmətlərindən, şəhid Arif Nuriyev adına Lerik şəhər 1 saylı  texniki fənlər təmayüllü liseyinin direktoru ,əməkdar müəllim, 2 saylı Ərazi Partiya Təşkilatının  sədri Gültəkin Şıxəliyeva , fəallar  Mais Əsədullayev, Tofiq Qəribov  Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini uğurla yerinə yetirən dövlət başçımız İlham Əliyevin rəhbərliyi  altında  ölkəmiz öz tarixinin ən qüdrətli dövrünü yaşadığını, yeni zəfərlərə doğru inamla inkişafından söhbət açdılar.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir sıra şəxslər fəxri fərmanlarla təltif olundu.

Zəfər Əliyev, 
Yeni Azərbaycan Partiyasının üzvü (tədbir iştirakçısı)