Azərbaycan-Türkiyə-Avropa elektrik dəhlizi, həm də “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan Türkiyəyə, sonra isə Avropaya ötürülməsi ölkələrimizin enerji təchizatında strateji əhəmiyyətini artıran perspektivlərdir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransında çıxışında bildirib.
Nazir əlavə edib ki, Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixracının da mənbəyinə çevirələcək: “Proseslərə yalnız Azərbaycan və Türkiyə deyil, bütün maraqlı tərəflərin cəlbi bu imkanları reallığa çevirmək üçün fürsətlər yaradır”.
Onun sözlərinə görə, bu fürsətlər dəyərləndirilərsə, 2027-ci ilədək Naxçıvanda birgə nailiyyətlərə imza atılacaq.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!