Bu gün “Türkiye Elektrik İletim Anonim Şirketi” (TEİAŞ) və “AzərEnerji” ASC arasında qarşılıqlı əlaqə layihəsi çərçivəsində fəaliyyətləri ehtiva edən Yol Xəritəsinin imzalanması ilə elektrik enerjisi sahəsində texniki əməkdaşlığa dair daha bir mühüm addım atılacaq.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bu gün Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu və ilk dəfə baş tutan "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında çıxışı zamanı bildirib.
“Həyata keçirəcəyimiz layihələrlə, ölkələrimiz arasındakı dostluğu bir daha təsdiqləyəcək, Naxçıvan ilə olan əlaqələrimizi qüvvətləndirmiş olacağıq”, - deyə türkiyəli nazir qeyd edib.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!