Cari ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 12,7 mln. dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
"İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78%-ni təşkil edib.
Bu ilin avqust ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 mln. dollar dəyərində xidmət ixrac edib.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!