"Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın Qarabağ bölgəsini öz istəkləri ilə tərk edərək Ermənistana köçən erməni sakinlərə qarşı pis rəftarla bağlı heç bir fakt qeydə almayıb".
“İki sahil” xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ermənistandakı nümayəndəsi Kavita Belani BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında onlayn çıxışı zamanı bildirib.
“Bilirəm ki, indiyədək heç bir insident, pis rəftar halları ilə bağlı heç bir fakt yoxdur. Bu, uzun yoldur, tıxaclar insanlar üçün çətinlik yaradır. Lakin azərbaycanlılar tərəfindən pis rəftar halları qeydə alınmayıb”, - o deyib.
BMT nümayəndəsinin sözlərinə görə, bir həftədən az müddətdə 88,7 mindən çox insan Qarabağı tərk edərək Ermənistana gedib.
Diplomat Azərbaycanın regionda həyata keçirdiyi bərpa işlərinin sürətlə getdiyini bildirib
Azərbaycan və Türkiyənin diaspor qurumları aarsında növbəti Anlaşma Memorandumu imzalanıb
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər