Azərbaycan Baş Prokurorluğunun əməkdaşları 1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.
“İki sahil”in xəbərinə görə, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Baş prokuror Kamran Əliyev və prokurorluq əməkdaşları daha sonra Şəhidlər Xiyabanına gəlib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçən qəhramanları yad ediblər, "Əbədi Məşəl" abidəsinin öünüə əklil qoyublar.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamına əsasən, hər il bu tarix prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilir.
Diplomat Azərbaycanın regionda həyata keçirdiyi bərpa işlərinin sürətlə getdiyini bildirib
Azərbaycan və Türkiyənin diaspor qurumları aarsında növbəti Anlaşma Memorandumu imzalanıb
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər