Dünya parlamentləri kosmosun inkişafı, onun imkanlarından səmərəli istifadə edilməsi istiqamətində öz səylərini birləşdirməli, birgə fəaliyyət göstərməlidirlər.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Beynəlxalq Astronavtika Federasiyasının oktyabrın 1-də Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısından sonra təşkil edilən mətbuat konfransında deyib.
74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycanın regionda güclü iqtisadi cəhətdən inkişaf etmiş ölkə olduğunu diqqətə çatdıran komitə sədri bildirib: “1973-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən mötəbər tədbir Azərbaycanda kosmik elmin inkişafına təkan verdi, kosmik araşdırmaların sayı artdı. Bizim hazırda üç peykimiz fəaliyyət göstərir, bu sahə ilə bağlı ayrıca dövlət proqramı qəbul olunub.
Düşünürəm ki, 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi Azərbaycanın iqtisadi imkanlarının artırılmasına imkan verəcək”, - deyə Tahir Mirkişili vurğulayıb.
Diplomat Azərbaycanın regionda həyata keçirdiyi bərpa işlərinin sürətlə getdiyini bildirib
Azərbaycan və Türkiyənin diaspor qurumları aarsında növbəti Anlaşma Memorandumu imzalanıb
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər