“Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytarmaqla öz ərazi bütövlüyünü bərpa edib”.
"İki sahil” “Irish Independent”ə istinadən xəbər verir ki, bunu Dublində Azərbaycan parlamentinin nümayəndə heyətini müşayiət etmiş sabiq senator Terri Leyden deyib.
"Onlar öz ərazilərini geri aldılar, bu onların hüququdur. Şərqi Doneqal ingilislər və ya müstəmləkəçilər tərəfindən işğal olunsaydı, biz nə edərdik?" – o bildirib.
Parlamentin aşağı palatasının sədri Şon O'Faril isə deputatlardan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətini səmimi qarşılamağı xahiş edib.
O, ölkələrin ərazi bütövlüyünə və istənilən mübahisənin sülh yolu ilə həllinə tərəfdar olduğunu qeyd edib: "Biz ölkələrin ərazi bütövlüyünə hörmət edirik. İnsan hüquqlarının qorunmasına, təşviqinə, istənilən vəziyyətin sülh yolu ilə həllinə tərəfdarıq".
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Parlament Sədrlərinin Avropa Konfransında iştirak etmək üçün ötən həftə Dublində səfərdə olub.
Azərbaycan və Türkiyənin diaspor qurumları aarsında növbəti Anlaşma Memorandumu imzalanıb
Belarus səfiri: “Böyük Qayıdış” Proqramının real və əyani şəkildə həyata keçirilməsini böyük heyranlıqla müşahidə edirəm
Belarus 2027-ci ildə Azərbaycanla birgə Qarabağda aqroşəhərcik tikintisini başlamağı planlaşdırır
Akademik konfransın iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər ediblər