Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov İsrailin bu ölkəyə yeni təyin olunmuş səfiri Yosi Levi-Sfarini Qarabağdakı mövcud vəziyyət barədə məlumatlandırıb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan səfiri öz “X” hesabında paylaşım edib.
“İsrailin yeni təyin olunmuş səfiri Yosi Levi-Sfarini Bolqarıstanda qəbul etmək çox xoş idi. Görüş çərçivəsində Qara dəniz və Xəzər regionunda baş verən cari hadisələr, Azərbaycanın Qarabağ regionundakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıldı, həmçinin dostluq münasibətlərinin aktuallığı və əhəmiyyəti təsdiqləndi”,- paylaşımda qeyd olunub.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb