Azərbaycan səfiri Nazim Səmədov etimadnaməsini Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təqdim edib.
“İki sahil” xəbər verir ki, mərasim Mərakeşin paytaxtı Rabat şəhərindəki Kral sarayında baş tutub.
Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Mərakeş Kralına çatdırıb, Azərbaycanın Mərakeş üçün dost və qardaş ölkə olduğunu vurğulayıb və münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini əlavə edib.
Mərakeş Kralı da öz növbəsində salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.
Ceyhun Bayramov Maqdalena Qrono ilə Azərbaycan-Aİ əməkdaşlığını müzakirə edib
Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib - SƏRƏNCAM
Qara dənizdə dron hücumuna məruz qalan gəmidə 2 azərbaycanlı həlak olub, 2-si yaralanıb