06 oktyabr 2023 11:50
241

Avropa İttifaqı bir xristian klubudur - Qüdrət Həsənquliyev

Avropa İttifaqı bir xristian klubudur. Uzun illərdir qardaş Türkiyəni Avropa İttifaqına buraxmırlar. Avropada islamafobiya geniş yayılıb.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar müzakirə zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, dünən qəbul edilən qətnamə də ürək bulandırır: “Avropa 1990-ci illərdə etnik təmizləmə həyata keçirən Ermənistana qarşı sanksiya tətbiq etmədi, Ermənistanın bu hərəkətini pisləmədi. İndi ermənilər bizimlə yaşamaq istəmir, amma Avropa bunu etnik təmizləmə adlandırır. Bütün bunlar onu göstərir ki, biz nə etsək, Avropanın bizə münasibəti dəyişməyəcək. Yalnız biz öz torpaqlarımızdan əl çəksək, hüquqlarımızdan imtina etsək, bu münasibət dəyişər. Azərbaycan öz əraziləri üzərində dövlət suverenliyini bərpa edib. Bu yoldan bizi heç nə çəkindirə bilməz. Dünən onların qəbul etdiyi qərar Azərbaycan-Avropa əlaqələrində qara ləkə olaraq qalacaq”.