Prezident İlham Əliyevin müvafiq tapşırığına əsasən, ölkəmizdə sağlamlıq turizminin davamlı inkişafı məqsədilə ilə SOCAR-da Naftalan yatağının perspektivliyinin yüksəldilməsinə dair xüsusi proqram hazırlanıb.
“İki sahil” xəbər verir ki, bunu “Naftalan - sağlamlıq və turizmin sinerji mənbəyi: beynəlxalq turizm mərkəzinin inkişaf strategiyası” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxış edən SOCAR prezidentinin müşaviri Xalik Məmmədov deyib.
O bildirib ki, proqramda mütərəqqi qazma üsullarından istifadə olunmaqla, yeni axtarış quyularının qazılması nəzərdə tutulur. Artıq bu il 3500 metr dərinliyə bir quyunun qazılması planlaşdırılır.
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!