Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ zamanı ölənlərin ailələrinə başsağlığı verib.
“İki sahil” xəbər verir ki, başsağlığında deyilir:
"Əfqanıstanın Herat şəhərində yüzlərlə insanın həyatına son qoyan dağıdıcı zəlzələ xəbəri dərindən kədərləndi. Bu faciədə həlak olanların ailələrinə başsağlığı veririk. Fikirlərimiz və dualarımız Əfqanıstan xalqının yanındadır".
Qeyd edək ki, oktyabrın 7-də 6,3 bal gücündə zəlzələ şənbə günü saat 11:00 radələrində Herat şəhərindən 40 km şimal-qərbdə baş verib. Güclü yeraltı təkanlar qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. Zəlzələdə həlak olanların sayı 2,4 min nəfəri ötüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Ankarada yaşayan Azərbaycan icması ilə görüşüb