09 oktyabr 2023 11:46
501

Ayxan Hacızadə: İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir

“İsraildəki səfirliyimiz fasiləsiz fəaliyyət göstərir”.

“İki sahil” xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib.

O bildirib ki, hazırda Təl-Əvivdə əhali küçəyə çıxmır: “Səfirlik daim vətəndaşlarımızla təmasdadır. İş prosesi davam edir”.

A.Hacızadənin sözlərinə görə, vətəndaşlarımızın həlak olması və ya yaralanması ilə bağlı səfirliyə məlumat daxil olmayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib./report/