09 oktyabr 2023 13:33
213

Azərbaycan Aİ-ə boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub

Bu ilin birinci rübünün yekunlarına görə, Azərbaycan Avropaya boru kəməri ilə qaz tədarükçüləri arasında ilk 5-liyə daxil olub.

Bu barədə “İki sahil” Avropa Komissiyasının Avropa qaz bazarındakı vəziyyəti ilə bağlı rüblük hesabatına istinadən xəbər verir.

Məlumata görə, 2023-cü ilin birinci rübündə ölkə Trans-Adriatik kəməri (TAP) ilə Aİ ölkələrinə qaz nəqlini ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıraraq 2,8 mlrd. kubmetrə çatdırıb.

Bildirilir ki, yanvar-mart aylarında ilk beş ən böyük təchizatçı siyahısına Norveç, Şimali Afrika, Rusiya və Böyük Britaniya da daxildir. Azərbaycan bu siyahıda 5-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 2021-ci ilin dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.