"Erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsi onların könüllü və fərdi qərarı əsasında baş verir, bu addımın hər hansı bir məcburi yerdəyişmə ilə heç bir əlaqəsi yoxdur".
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşündə deyib.
C. Bayramov bunun həm Ermənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunduğu diqqətə çatdırıb. Bu çərçivədə, BMT rəsmilərinin bölgəyə səfərləri və 30 ildən sonra ilk səfərin nəticəsi olaraq missiyanın verdiyi açıqlamalar xatırlanıb.
Ermənistan hökuməti tərəfindən səsləndirilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatların Azərbaycanın yerli ermənilərin reinteqrasiyası prosesini pozmağa yönəldiyi bildirilib.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib