“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Qarabağda aparılan quruculuq və bərpa işləri mühüm əhəmiyyət kəsb edir”.
“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mədəniyyət və nəşriyyat üzrə məsləhətçisi Nuri Aksu “Yaşanabilən və Dayanıqlı İrs Şəhərləri” beynəlxalq konfransının açılış mərasimində deyib.
Onun sözlərinə görə, hazırda şəhərlərin mühafizəsi və onlarda aparılan bərpa işləri Türk Dövlətləri Təşkilatının (TDT) əsas fəaliyyət istiqamətlərindəndir.
N.Aksu bu il Qazaxıstanda “Şuşa günləri”nin keçirildiyini də xatırladıb: “Türk irsinin qorunması, eləcə də bərpa, texniki və təhsil məsələləri istiqamətində fəaliyyətimizi davam etdiririk. Biz həmçinin türk mədəniyyətinə aid abidələrin və obyektlərin siyahısının tərtibi üzərində işləyirik. Bu nəticədə UNESKO-nun irs siyahısını tamamlayacaq".
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib