“Cənubi Qafqazda bütün imkanları dayanıqlı sülh, sabitlik və təhlükəsizlik üçün istifadə etməyin vaxtıdır”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib.
O, Şuşada olmaqdan məmnunluğunu ifadə edib: “Toplantının qədim Şuşada təşkil edilməsi xoşbəxtlik və qürur mənbəyidir. Azərbaycanlı qardaşlarımızı 30 illik işğala son verdiyi və tarixi ədalətsizliyi aradan qaldırdığı üçün alqışlayırıq”.
Nazir həmçinin Cənubi Qafqazda yeni dinamikanın formalaşmasının və Zəngəzur dəhlizinin açılmasının İƏT-in bütün üzvlərinin xeyrinə olduğunu bildirib.
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib
YAP və ÇKP nümayəndələri Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib