12 oktyabr 2023 11:52
219

GIZ Azərbaycandakı KOB-ların rəqəmsallaşmasına yardım edə bilər

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycandakı kiçik və orta sahibkarlıq müəssisələrinin rəqəmsallaşmasına dəstək verməsi müzakirə edilib.

“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsindəki hesabında yazıb.

O. Məmmədov GIZ-in Azərbaycan və Gürcüstan üzrə direktoru Sandra Şenke (Sandra Schenke) ilə görüşüb:

“Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Azərbaycan və Gürcüstan üzrə direktoru Sandra Şenke ilə əməkdaşlığın daha da genişləndirilməsi, kiçik və orta müəssisələrin rəqəmsallaşdırılması, yeni texnologiyaların tətbiqi və innovasiyalar barədə fikir mübadiləsi aparılıb”, - KOBİA-nın rəhbəri bildirib.