"Xalqın Ümummilli Lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir".
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu və ondan əvvəlki müddət hamar olmayıb: "Çünki Heydər Əliyevin oğlu olmaq həm şərəfli, həm də məsuliyyətlidir. Bu gün Ulu Öndərin siyasəti əsasında aparılan işlərin nəticəsində nailiyyətlərin əldə olunmasının şahidiyiq. Prezident İlham Əliyevə qarşı olan haqsızlıqların çoxunu bilirik. Hələ o vaxt Heydər Əliyevə qarşı Qorbaçov və ətrafında olan ermənilərin ən ağrı zərbələrini məhz Prezident alıb. Demokratiya qırıntıları Heydər Əliyevin oğlu olduğuna görə İlham Əliyevin Naxçıvana getməsinin qarşısını alırdılar. Bax, bu cür ağrılı və əziyyətli proseslərdən keçib. Prezident İlham Əliyev 5 dövlət çevrilişinə cəhdin qarşısının alınmasında Ulu Öndərlə çiyinə-çiyinə çalışıb. Bundan başqa, 2003-cü ildəki seçkidən sonra AXCP-Müsavat dəstəsi Azadlıq meydanına tökülüşdülər. O zaman da İlham Əliyevin qətiyyəti nəticəsində çevrilişə cəhdlərin qarşısı alındı. Həmçinin dövlətimizin çörəyini yeyən Prezident Aparatının şöbə müdirləri, digər şəxslər çevriliş etmək istəyirdilər. Sonrakı dövrlərdə də baş verən bu kimi cəhdləri İlham Əliyev Azərbaycana qarşı təxribat aparanların qarşısını aldı və nəticə qələb ilə başa çatdı. Bir sözlə, Prezidentin bütün gördüyü işlər Ümummilli Lider Heydər Əliyevin siyasi xəttidir. 1920-ci ildən bu yana kimsə xalqın lideri hesab olunmayıb. Xalqın Ümummilli Lideri Heydər Əliyev, lideri isə İlham Əliyevdir”.
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib