Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatarın Azərbaycana səfəri başlayıb.
“İki sahil” xəbər verir ki, Ersin Tatar və onun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
***
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar bu gün Azərbaycana səfərə gəlir.
“İki sahil” xəbər verir ki, onun günorta saatlarında Bakıda olacağı gözlənilir.
E.Tatarın Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir. O, eyni zamanda, Bakıda təşkil olunacaq Şimali Kiprin Mədəniyyət Günləri çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.
Xatırladaq ki, oktyabrın 13-14-də Bakıda Şimali Kiprin Mədəniyyət Günləri keçiriləcək.
Fərid Şəfiyev: Cənubi Qafqazda irəliləyişlə xarakterizə olunan yeni siyasi landşaft formalaşıb
Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri qərəzli məqaləyə cavab verib
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib