12 oktyabr 2023 22:24
361

Azərbaycan şahmatçısı dünya çempionatında birinci olub

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva İtaliyada gənclər arasında keçirilən dünya çempionatında birinci yeri tutub.

“İki sahil” xəbər verir ki, o, rapid növündə 11 turdan sonra 9 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.

Moqamed Muradlı 6.5 xalla 8-ci olub.

Dünya çempionatı blits növü üzrə yarışlarla davam edəcək.