19 may 2026 16:36
145

Azərbaycan və Özbəkistanın Stolüstü Tennis Federasiyaları arasında memorandum imzalanıb

Azərbaycan Stolüstü Tennis Federasiyası beynəlxalq əməkdaşlığı genişləndirir. “İki sahil” xəbər verir ki, bu istiqamətdə daha bir addım atılıb. Daşkənddə Özbəkistan Stolüstü Tennis Federasiyası (ÖSTF) ilə Azərbaycan Stolüstü Tennis Federasiyası (ASTF) arasında qarşılıqlı əməkdaşlığın və dostluq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb.
ASTF-nin baş katibi Könül Mikayılova və ÖSTF-nin baş katibi Gövhərxan Müqəddəsovanın imzaladığı bu strateji sənəd iki qardaş ölkənin idmançıları, məşqçiləri və hakimləri üçün yeni imkanlara yol açacaq.
Memorandumun əsas mahiyyəti və istiqamətləri:
Peşəkar idmançıların hazırlanması: Müasir elmi metodların praktikada tətbiqi və idmançıların təcrübə mübadiləsinin təşkili.
İdman araşdırması və təcrübəsi: İki ölkənin məşqçiləri və hakimləri arasında qarşılıqlı təlim proqramlarının yaradılması.
Birgə yarışlar: Milli komandalar arasında yoldaşlıq oyunları, birgə təlim-məşq toplanışları.
İdman təbabəti və antidopinq: Tibb və dopinqlə mübarizə sahəsində təcrübə mübadiləsi, ixtisaslaşmış xəstəxanalara və idman mərkəzlərinə səfərlərin təşkili.
İdman investisiyası və turizm: Birgə idman tədbirləri vasitəsilə hər iki ölkədə idman turizminin inkişafı sahəsində əməkdaşlıq.
Bu əməkdaşlıq növbəti illərdə hər iki ölkə idmançılarının beynəlxalq arenalarda yüksək nəticələr qazanmasına xidmət edəcək.