13 oktyabr 2023 17:39
297

Britaniya səfiri Bərdədə Qadın Resurs Mərkəzini ziyarət edib

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Bərdədə ölkəsinin maliyyələşdirdiyi Qadın Resurs Mərkəzini ziyarət edib.

“İki sahil” xəbər verir ki, diplomat bu barədə "X" hesabında paylaşım edib.

"Bərdədəki Qadın Resurs Mərkəzinin regionda qadınlara kömək etmək üçün böyük işlər gördüyünü görmək çox xoşdur. Səfərim zamanı onların hekayələrini dinlədim və yeni tikilən müəssisələrə baş çəkdim. Biz bunun bir hissəsi olmaqdan xoşbəxtik", - paylaşımda qeyd olunub.