02 may 2016 19:42
169

Ancelina Coli yeni filmdə çəkiləcək

Dünya şöhrətli aktrisa Ancelina Coli “Malefisenta” filminin ikinci hissəsində çəkiləcək.

AZƏRTAC xəbər verir ki, aktrisa “Disney” şirkətinin istehsalı olan filmin davamında yenə də cadugər obrazını canlandıracaq.

1959-cu il istehsalı olan “Yatmış gözəl” cizgi filminin remeyki əsasında ekranlaşdırılan filmdə gənc sehrbaz Malefisentanın həyatı önə çəkilir. O, meşədə əfsanəvi məxluqların ətrafında tənha həyat sürür, lakin bir gün hər şey dəyişir. Onun dünyasına məhvedici və xaos yaradan insanlar daxil olur, filmin qəhrəmanı ətrafındakıları müdafiə etmək üçün şər qüvvələri köməyə çağırır.

Qeyd edək ki, filmin premyera tarixi açıqlanmayıb.