Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonunda su anbarının çətin keçilən dağlıq ərazidəki sahilində aşkarlanan kişi meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Fövqəladə Hallar Nazirliyindən “İki sahil”ə verilən məlumata görə, müraciətlə əlaqədar Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit qayıq vasitəsilə su anbarının digər sahilinə gətirilərək aidiyyəti üzrə təhvil verilib.