Bu gün Daşkəsən, Göygöl rayonları və Gəncə şəhərinin qaz təchizatında fasilə yaranacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Daşkəsən-Xoşbulaq” magistral qaz kəməri qolunun 0-cı km-də kranın demontaj olunaraq əvəzinə yeni kranın quraşdırılması ilə bağlı oktyabrın 25-də saat 10:00-dan etibarən işlər başa çatanadək “Gəncə Körpü Tikinti-2”, “Bağmanlar” və “Daşkəsən” Qaz Paylayıcı Stansiyalarından, “Bayan” və “Xoşbulaq” Qaz Tənzimləmə Məntəqələrindən qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Daşkəsən rayonunun tam olaraq, Gəncə şəhərinin və Göygöl rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilir
Şəhərlərin qarşısında duran əsas çağırışlardan biri təhlükəsizlik məsələsidir - Nazir müavini