05 may 2016 19:18
319

Xalq şairi Söhrab Tahir dəfn olunub

Xalq şairi Söhrab Tahir II Fəxri xiyabanda dəfn olunub.

APA-nın xəbərinə görə, Təzə Pir məscidində keçirilən vida mərasimində baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziriƏbülfəs Qarayev, Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi Fitrət Qoca, mərhumun ailə üzvləri və digərlər şəxslər iştirak edib. Xalq yazıçısı Anar və xalq şairi Nəriman Həsənzadə Söhrab Tahirin xidmətlərindən danışaraq onun  vəfatını Azərbaycan ədəbiyyatında itki kimi qiymətləndiriblər.