09 noyabr 2023 09:36
255

Qəzzada ölən İsrail hərbçilərinin sayı 34-ə yüksəlib

Qəzzada ölən İsrail hərbçilərinin sayı 34-ə yüksəlib.

İki sahil "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Döyüş Mühəndisliyi Korpusunun 8219-cu Batalyonunun əsgəri 29 yaşlı Eliahou Benjamin Elmakayes dünən Qəzza zolağının mərkəzində döyüşlər zamanı öldürülüb.

Onun ölümü ilə İsrailin Qəzzaya qurudan hücuma başlamasından bəri (27 oktyabr) həlak olan əsgərlərin sayı 34-ə, oktyabrın 7-dən bəri isə HAMAS-la toqquşmalarda öldürülənlərin sayı 352-yə çatıb.