Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə Türkiyənin İstanbul Hava Limanında ölkəmizin turizm imkanlarını əks etdirən təbliğat videoçarxları nümayiş etdirilir.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi (DTA) məlumat yayıb.
Təbliğat videoçarxları türkiyəli, həmçinin əcnəbi səyahətçiləri cəlb etmək, Azərbaycanı əsas turizm destinasiyası kimi nümayiş etdirmək məqsədilə "Duty-Free" ərazisində 14 videomonitor, giriş və çıxışda 2 idarəedici "mega lightbox" və pasport nəzarəti hissəsində yerləşdirilən 4 monitorda təqdim edilir.
Həmçinin 8 Noyabr - Zəfər Günündə İstanbul Hava Limanın bir çox nöqtələrində Şuşa şəhərinin görüntülərinin nümayiş olunması ziyarətçilərin xüsusi marağına səbəb olub.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr dövründə Azərbaycan Türkiyədən 308 942 ziyarətçi qəbul edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 % artımdır.
İKTA may ayı üzrə internet operator və provayderlərin regional median sürət göstəricilərini təqdim edib
İstehlak Mallarının Ekspertizası Mərkəzi “Azerbaijan Jewelry Show” sərgisində iştirak edib
Son 1 ildə Azərbaycanda sabit genişzoalqlı internetin sürəti 16%, mobil internetin sürəti isə 31%-dək artıb
İKTA və “ICANN” internet idarəçiliyi və potensialın gücləndirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb