12 noyabr 2023 19:10
304

Konqoda üsyançı qruplaşma ilə hökümət tərəfdarları arasında qarşıdurma olub

Konqo Demokratik Respublikasının şərqində mərkəzi hökumət tərəfdarları ilə üsyançı qruplaşmanın üzvləri arasında baş verən atışmada azı 6 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb.

Hadisə Şimali Kivu əyalətinin inzibati mərkəzi Qoma şəhərindən 15 km aralıda yerləşən Muqerva kəndində qeydə alınıb.

Yerli hökumət sözçüsü Munguiko Nakozehenin sözlərinə görə, atışma şəhər kafesində hərbçilərlə silahlılar arasında mübahisədən sonra başlayıb. Ölənlər arasında bir əsgər də var.

Ölənlərlə yanaşı, yaralılar da var, onların sayı açıqlanmır.

Hazırda “23 Mart Hərəkatı” üsyançı qruplaşmasının bölmələri Qomaya hücum edir.