19 noyabr 2023 15:45
267

Əl-Şifa xəstəxanasından 31 körpə təxliyə edilib

Qəzza zolağının şimalındakı Əl-Şifa xəstəxanasından ən azı 31 körpə təxliyə edilib.

“İki sahil” xəbər verir ki, bunu Al Arabiya telekanalına müsahibəsində anklavın Səhiyyə Nazirliyinin xəstəxanaların baş idarəsinin rəhbəri Məhəmməd Zakut da təsdiqləyib.

Onun sözlərinə görə, söhbət vaxtından əvvəl doğulan körpələrdən gedir.

Təxliyyəni konkret kimin həyata keçirməsi və uşaqların hara aparılacağı barədə hələlik məlumat verilməyib.