“Mançester Yunayted”in keçmiş qapıçısı David de Xea “Əl-Nəsr”la keçməkdən imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. "Əl-Nəsr" 33 yaşlı qolkiperi son dəqiqəyə qədər razı salmağa çalışıb və ona həftəlik 623 min dollarlıq müqavilə təklif edib. Lakin futbolçunun həyat yoldaşı Edurne Səudiyyə Ərəbistanına köçməkdən imtina edib.
Bundan əlavə, Dea Xeanın Lionel Messinin yaydan bəri oynadığı "İnter Mayami"yə keçmək imkanı var.
Qapıçının “Mançester Yunayted”lə müqaviləsi iyul ayında başa çatıb və o, həmin vaxtdan azad agentdir.
Azərbaycan klublarının UEFA Çempionlar Liqasında vurduğu qolların sayı 150-yə çatıb
Yunan-Roma və sərbəst güləş üzrə milli komandaların Göygöl toplanışı davam edir