22 yanvar 2026 11:57
97

Almaniya səfirliyi "Qarabağ"ı qələbə münasibətilə təbrik edib

Almaniyanın Azərbaycandakı səfirliyi "Qarabağ"ı ötən gün "Ayntraxt Frankfurt" üzərində qazandığı qələbə münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirlik sosial media hesabında paylaşım edib.

"Qarabağ" FK-nı "Ayntraxt Frankfurt" üzərində 3-2 hesablı qələbə münasibətilə ürəkdən təbrik edirik! Səfir Horlemann və Almaniyanın Bakıdakı səfirliyinin bir qrup əməkdaşı dünən stadionda idi. Tofiq Bəhramov adına Respublika Stadionun unikal atmosferində həyəcanlı bir oyun və gözəl bir futbol axşamı oldu", - paylaşımda qeyd olunub.