“Azərbaycanda qadın hüquqlarının təmin edilməsində müsbət dinamika müşahidə olunur”.
“İki sahil” xəbər verir ki, bunu "UN Women" təşkilatının regional koordinatoru Kaori İşikava noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.
“Azərbaycan gender bərabərliyi və insan hüquqlarının müdafiəsi məsələlərində nümunə ola bilər”, - o bildirib.
Onun sözlərinə görə, gender bərabərliyinin təmin edilməsi Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas məsələlərdən biridir.
Prezidentin sosial şəbəkə hesabında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edilib
Azərbaycan bundan sonra da beynəlxalq məsələlərdə çoxtərəflilik prinsiplərinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək
Prezident İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİB/FOTO