Hörmüz boğazı ilə bağlı yeni plan

26 avqust 2026 00:38
124

İran Hörmüz boğazında yeni dəhliz, minaların birgə təmizlənməsi və gələcək idarəçiliyi üçün plan təklif edib.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında yazıb.

"İranın sülh və sabitliyə sadiqliyi qonşularımızla yürüdülən sarsılmaz diplomatiya ilə müşayiət olunur. Pakistanlı (Quru Qoşunları komandanı Asim Munir) və omanlı (xarici işlər naziri Bədr əl-Busaidi) qonaqlarla aparılan danışıqlarda regional həll yolları vurğulanıb", - paylaşımda bildirilib.

Xatırladaq ki, Bədr əl-Busaidi Hörmüz boğazında müvəqqəti dəhliz və təhlükəsiz naviqasiyanı bərpa etmək üçün iranlı həmkarı ilə praktiki tədbirləri elan edəcəklərini vurğulayıb.