İrlandiyanın paytaxtı Dublin şəhərinin mərkəzində bir nəfər bıçaqla insanlara hücum edib.
“İki sahil” Irish Times-a istinadən xəbər verir ki, hücum nəticəsində üçü uşaq olmaqla beş nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.
Hadisəni törədən şəxs saxlanılıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.