05 may 2025 07:35
95

Çində gəmilərin aşması nəticəsində azı 9 nəfər ölüb

Çinin cənub-qərb əyaləti Quiçjouda çay gəmilərinin aşması nəticəsində ən azı doqquz nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, daha bir nəfər itkin düşmüş hesab olunur.

Hadisə Çiansi şəhər dairəsində baş verib. Güclü külək əsməsi səbəbindən dörd gəmi aşıb, nəticədə 84 nəfər suya düşüb.

Daha əvvəl Quiçjouda 70 sərnişinlə iki gəzinti gəmisinin aşması barədə məlumat verilmişdi.