Bakıda “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) açılıb.
“İki sahil” xəbər verir ki, forum müddətində nümayiş olunacaq sərgi Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil olunub.
Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.
Şuşada “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub
"AnewZ" "Cəbhə xətti: Koreya – bir müharibə, iki həll" sənədli filmini təqdim edib
Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib