28 noyabr 2023 16:03
190

Bu il Azərbaycanda 284 qızılca hadisəsi qeydə alınıb

Həmsərhəd ölkələrdən 2023-cü ilin aprel ayından başlayaraq gətirilmə qızılca hadisələri ilə əlaqəli olaraq, əhali arasında xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə edilir.

"Ötən dövr ərzində ölkə ərazisində 284 qızılca hadisəsi qeydə alınıb. Təsdiq olunan hadisələrin yalnız 12%-i (35 nəfər) yaşlı insanlar arasında olub", - məlumatda vurğulanıb.