Bu gün – Beynəlxalq Muzeylər Günündə Misirdəki bütün muzeylər vətəndaşlar və ölkədə müvəqqəti məskunlaşan əcnəbilər üçün pulsuzdur. Bu məlumatı yerli KİV-lər Misirin Qədim Abidələr və Mədəni irs Nazirliyinə istinadla yayıb.
Məlumatda vurğulanır ki, aksiya, həmçinin vətəndaşların Misirin mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.
Beynəlxalq Muzeylər Günü dünyanın 150-dən çox ölkəsində qeyd olunur.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub