29 noyabr 2023 11:15
162

Meksikada fabrikdə partlayış olub, ölənlər var

Meksikanın mərkəzindəki Hidalqo ştatının Santyaqo de Anaya bələdiyyəsində atəşfəşanlıq materialları anbarında baş verən partlayış nəticəsində azı 5 nəfər ölüb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli "Heraldo de Mexico" qəzeti məlumat yayıb.

Qeyd edilir ki, ölənlər arasında bir azyaşlı da var. Daha iki nəfər yaralanıb. Hazırda polis hadisənin səbəblərini araşdırır.