29 noyabr 2023 10:44
179

AMEA-nın ümumi yığıncağı keçirilir

AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.

İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Akademiyanın prezidenti, akademik İsa Həbibbəylinin “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və beynəlxalq elmi qurumlarda təmsil olunmağadək” mövzusunda məruzə ilə çıxış edir.