29 noyabr 2023 11:57
166

"Neftçi"nin futbolçusu: Oyundan sonra bəzən danışmağa hazır olmuruq

"Oyundan sonra bəzən əsəbi oluruq və danışmağa hazır olmuruq. Bu səbəbdən "Araz-Naxçıvan"la matçdan sonra danışmaq istəmədim".

“İki sahil” xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Rəhman Hacıyev mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi baş məşqçinin işinə qarışmaq istəmədiklərini söyləyib: "Rəqibin qolunda heç kimin səhvi yox idi. Ötürmə ideal alınmışdı. Amma qarşılaşmanın gedişində səhv edə bilərdik".

Hacıyev səhvsiz mütəxəssisin olmadığını söyləyib: "Nəzərə almalıyıq ki, meydanda çıxış edən futbolçudur. Evdə cəmi bir görüşdə qələbə qazanmışıq. Hər şey istədiyimiz kimi getmir. Mövsümə yaxşı başlamadıq, komandaya təzyiq var. Amma işə peşəkar yanaşmalıyıq. Çoxları fikirləşir ki, çempionat bitib və biz 6-cı sırada qalmışıq. Nə olacağını bilmək olmaz. Daha çox köklənmək lazımdır. Qarşılaşmalarda istəyimiz də artmalıdır. Premyer Liqada ilk yarının başa çatmasına 4 oyun qalıb. Ən azı üçündə qalib gəlmək niyyətindəyik".