29 noyabr 2023 15:00
171

PSJ-nin son 19 ildəki ən pis nəticəsi

PSJ 2004/2005 mövsümündən bəri Çempionlar Liqasının qrup mərhələsinin beş turundan sonra xal baxımından ən pis nəticə göstərib.

“İki sahil” xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb. Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunun matçında PSJ “Nyukasl”la 1:1 hesabı ilə heç-heçə edib. Beləliklə, Paris təmsilçisi turnirin qrup mərhələsində 5 oyundan sonra 7 xal toplayıb ki, bu da onların son 19 ildə ən pis nəticəsidir.

2004/2005 mövsümündə PSJ "Çelsi", "Porto" və SSKA-nında olduğu qrupdan çıxa bilməyib.

Hazırda PSJ öz qrupunun turnir cədvəlində 2-ci yerdədir və hələ Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqəni təmin etməyib.

Çempionlar Liqasının qrup mərhələsinin son turunda PSJ Dortmund "Borussiya"sı ilə qarşılaşacaq. Matç dekabrın 13-də, Baı vaxtı ilə saat 00:00-da başlayacaq.