29 noyabr 2023 16:23
162

Regionlarda selektiv abortla bağlı atalarla maarifləndirmə işləri aparılır- Nazir müavini

Səhiyyə Nazirliyində ana ölümü ilə və ölümlə nəticələnməyən ağırlaşmalarla bağlı komissiya var. Biz bütün daxil olan məlumatları TƏBİB-lə birgə araşdırıb, müvafiq qeydlər aparırıq.

“İki sahil” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini İlqar Qasımov parlamentdə “Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində” mövzusunda keçirilən ictimai dinləmədə bildirib.

O qeyd edib ki, eyni zamanda regionlarda selektiv abortla bağlı atalarla maarifləndirmə işləri aparılır və bunun müsbət dinamikasını rəqəmlərdə görürük.