Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq və gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək məqsədilə ölkənin aparıcı ali təhsil müəssəslərində film nümayişləri təşkil olunub.
Nazirlikdən "İki sahil"ə bildirilib ki, tədbirlər çərçivəsində “Qisas almadan ölmə”, “Olimpia”, “Biz”, “Canavar ovu”, “Qafqaza qayıdış” kimi bədii və sənədli filmlər ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində müəllim və tələbələrin iştirakı ilə nümayiş etdirilib.
Eyni zamanda filmlərin yaradıcı heyətləri, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin əməkdaşlarının da iştirak etdiyi nümayişlərdə təqdim olunan filmlər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?